ABŞ-ın “Tesla” şirkəti özünün yeni “Cybertruck” yeni elektrikli güllə keçirməyən pikap avtomobilini təqdim edib.
AvtoReyd.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni güllə keçirməyən elektromobilin qiyməti 40 min dollardan başlayır.
Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, güllə keçirməyən “Cybertruck”ı məşhur model Ford F-150 ilə müqayisə etmək olar.
Mask bildirib ki, yeni güllə keçirməyən pikap gələcəyin piyadaların döyüş maşınına oxşayır. Pikapın yükgötürmə qabiliyyəti 1.5 tondan çoxdur.