Avtoreyd.Az Gündəm Maşın sahiblərinə ŞAD XƏBƏR – Etibarnamə verilməsi asanlaşdı

Maşın sahiblərinə ŞAD XƏBƏR – Etibarnamə verilməsi asanlaşdı


Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib.

Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona “mobil notariat” adlı tətbiqi yükləmək lazımdır. Etibarnamənin verilmə qaydasını bilmək üçün süjeti izləyək.

Bir neçə gündür ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələrin mobil telefonlarla verilməsinə başlanılıb. Bunun üçün telefona “Mobil notariat” adlı tətbiqi yükləmək lazımdır.

Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Həmin şifrəni istənilən notariusa yaxınlaşaraq ödənişsiz əldə etmək olur. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdətələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.

Etibarnamə üçün tələb edilən 11 manat 50 qəpik rüsum da onlayn qaydada ödənilir.

Yaxın vaxtlarda qeydiyyatdan keçmək və sürücülük hüququ ilə bağlı etibarnamənin verilməsi MyGov portalı vasitəsilə də həyata keçiriləcək. Bu zaman isə birdəfəlik şifrə üçün notariusa getməyə ehtiyac qalamayacaq.

“Mobil notariat” tətbiqi gələcəkdə daha da təkmilləşdiriləcək və digər etibarnamələrin də buradan verilməsi reallaşacaq.

AvtoReyd.Az

Related Post

Ötən il Azərbaycandakı avtomobil yollarında quraşdırılan radarların sayı açıqlanıbÖtən il Azərbaycandakı avtomobil yollarında quraşdırılan radarların sayı açıqlanıb

“Maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb”. AvtoReyd.Az-ın xəbərinə görə, bunu bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol

İkinci Qarabağ müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillər veriləcəkİkinci Qarabağ müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillər veriləcək

Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaqlar. AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və

Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı (Video)Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı (Video)

Cərimələrini vaxtında ödəməyən sürücülərin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılır. Sonradan isə sürücülər cəriməni ödədikləri zaman avtomobili meydançadan çıxartmaq üçün onlardan xüsusi icazə tələb olunurdu. Bu isə əlavə vaxt