Bakıda eyni operativ nəqliyyat vasitələri xidmətə başlayıb.
AvtoReyd.Az-ın News24.az-a istinadən məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin istifadəyə verdiyi SEAT markalı bu avtomobillərin üzərinə bir neçə xüsusi kamera quraşdırılıb. Avtomobillər əsasən Heydər Əliyev prospektində dayanma-durma qaydalarını pozan maşınların fotolarının çəkilərək elektron protokolların tərtib edilməsi məqsədilə fəaliyyət göstərir. Yaxın vaxtlarda bu avtomobillərin bütün Bakı ərazisində qaydaları pozan sürücüləri cərimələməyə başlayacağı gözlənilir.