Avtoreyd.Az Gündəm Avtomobil bazarında qiymətlər “əl yandırır”

Avtomobil bazarında qiymətlər “əl yandırır”


Azərbaycanda avtomobil bazarında satışın vəziyyəti zəif olaraq qalır.

Bu, “Report”un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Satıcılar bildiriblər ki, bazara çoxlu sayda maşın çıxarılmasına baxmayaraq, alıcı sayında azlıq müşahidə olunur. Bazarda nisbi tələbat isə əsasən Almaniya istehsalı və qiyməti 10 min manata qədər olan avtomobillərdir.

Alıcı azlığının səbəbi kimi qiymətlərin baha olması göstərilir. Satıcıların sözlərinə görə qarşıdan soyuq aylar gəldiyi üçün qiymətlərin daha da artacağı gözlənilir. Elə alıcılar da qiymətlərin yüksək olması səbəbilə büdcələrinə uyğun maşın tapa bilməməkdən şikayətləniblər.

Related Post

Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcəkSabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az ya verilən məlumata görə, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 36-41,