Avtoreyd.Az Çəkdiklərimiz Bakıda “Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi

Bakıda “Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi


Sosial şəbəkələrdə təcili yardım maşınına yol verməyən avtomobilin görüntüləri yayılıb.

AvtoReyd.Az xəbər verir ki, videodan göründüyü kimi “Toyota Land Cruiser” markalı, 90 SJ 100 nömrəli avtomobil yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozub və arxada hərəkət edən təcili yardım maşınına yol verməyib.

Təcili yardım maşınının sürücüsü dəfələrlə səs siqnalından və sayrışan işıqlardan istifadə etsə də, qarşıdakı maşının sürücüsü ona əhəmiyyət verməyib. Bu azmış kimi açıq yola çıxaraq təcili yardım maşını üçün maneə yaradıb.

Xatırladaq ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir.

Ümid edirik ki, aidiyyatı qurum məsəslə ilə bağlı araşdırma aparacaq və kobud qayda pozan sürücü layiqincə cəzalandırılacaq.

Adıçəkilən görüntünü sizə təqdim edirik:

AvtoReyd.Az

Related Post