Avtoreyd.Az Dörd çarx Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.

Məlumat üçün bildirək ki, Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik 07.12.2019-cu il tarixdən tətbiq ediləcək.

AvtoReyd.Az

Related Post

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur. AvtoReyd.Az-in məlumatına görə, 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası”