Avtoreyd.Az Dörd çarx Avtomobil bazarında qiymətlər artıb

Avtomobil bazarında qiymətlər artıb


Avtomobil bazarında alıcı sayında müəyyən qədər artım olsa da, satışın ümumi vəziyyəti zəif olaraq qalır.

Bu, “Report”un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Əksər satıcıların sözlərinə görə, ötən ilin dekabr ayında bazarda alıcı sayında müəyyən canlanma müşahidə edilib. Paralel olaraq avtomobillərin qiymətləri də artıb. Ən çox artım isə maşın bazarına yeni avtomobillərin daxil olmasında qeydə alınıb. Belə ki, ay ərzində bazara ən çox Koreya və Yaponiya istehsalı olan maşınlar gətirilib.

Ümumilikdə, bazarda ən çox tələbatın “Mercedes” modellərinə və qiyməti 12-17 min manat arası olan Koreya istehsalı olan avtomobillərə olduğu bildirilib. Satıcılar qeyd edib ki, insanlar ən çox dizellə çalışan və mühərrikinin həcmi aşağı olan maşınlara üstünlük verirlər. İrihəcmli mühərriki olan avtomobillərin və Rusiya istehsalı olan maşınların isə satışının xeyli zəif olduğu bildirilib.

Alıcılar isə bazarda büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərindən şikayətləniblər.

AvtoReyd.Az

Related Post

Padar-Sabirabad avtomobil yolu yenidən qurulub (Video+Foto)Padar-Sabirabad avtomobil yolu yenidən qurulub (Video+Foto)

Respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin əsaslı şəkildə yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu

Bu yolda zolağının olmaması vətəndaşlar üçün təhlükə yaradır (Video)Bu yolda zolağının olmaması vətəndaşlar üçün təhlükə yaradır (Video)

“Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov və Məhsəti küçələrinin kəsişməsində yolun bir hissəsində piyada zolağı var, amma digər hissəsində yoxdur. Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət piyadaların ərazidən təhlükəsiz şəkildə keçmələrinə çətinlik