Avtoreyd.Az Dörd çarx “Bibiheybət yolu”nda hərəkət istiqamətində dəyişiklik edilir

“Bibiheybət yolu”nda hərəkət istiqamətində dəyişiklik edilir


Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkət istiqaməti dəyişdiriləcək.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən AvtoReyd.Az-a verilən məlumata görə, bunun üçün 10-11 yanvar tarixlərində sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətllənmə işləri aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nişanlanma və xətlənmə işləri bitdikdən sonra 31 dekabr 2019-cu il tarixində şəhər istiqaməti üzrə açılan 2 hərəkət zolağından birinin sırf avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılmış olacaq.

AvtoReyd.Az

Related Post

Paytaxtın qərb çıxışı genişləndirilir: Əsəd Əhmədov küçəsində 24 ev söküləcək – VİDEOPaytaxtın qərb çıxışı genişləndirilir: Əsəd Əhmədov küçəsində 24 ev söküləcək – VİDEO

Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 24 ev söküləcək. Buna səbəb yolun genişləndirilməsidir. Bundan əlavə yolun kənarındakı bəzi obyektlərin qarşısındakı əlavələr də sökülüb və yolda ümumi abadlıq işləri görülür. Paytaxtın