Avtoreyd.Az Gündəm Yol polisi nasaz nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

Yol polisi nasaz nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib


Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

AvtoReyd.Az xəbər verir ki, müraciətdə bildirilib ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.

“Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir.

Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”, – deyə müraciətdə qeyd edilib.

AvtoReyd.Az

Related Post

ABŞ-da polis, sürət həddini aşdığına görə özünü 300 dollar məbləğində cərimələyib(video)ABŞ-da polis, sürət həddini aşdığına görə özünü 300 dollar məbləğində cərimələyib(video)

Amerikanın Oklahoma ştatının Sperri şəhərindən olan  polis, sürət həddini  aşdığı üçün özünü cərimələyib. Bu haqda ABŞ-ın United Press İnternational (UPİ) informasiya agentliyi məlumat yayıb. Sperri şəhər sakinlərindən biri saatda 130

Körpüdə təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılırKörpüdə təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılır

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə sabah (05.07.2017) səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.

Binəqədi şosesində yağış kanalizasiya sistemi yenidən qurulur – FOTO/VİDEOBinəqədi şosesində yağış kanalizasiya sistemi yenidən qurulur – FOTO/VİDEO

Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC “Azərsu” ASC ilə birgə kompleks tədbirlər həyata keçirir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən AvtoReyd.Az–a verilən məlumata görə,