Avtoreyd.Az Dörd çarx Heydər Əliyev prospektində maksimal sürət həddi 110 km/saat olacaq

Heydər Əliyev prospektində maksimal sürət həddi 110 km/saat olacaq


Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək, bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyinindən məlumat verilib.

Bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik.

AvtoReyd.Az

Related Post

“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib, bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət