Avtoreyd.Az Gündəm Əlverişsiz hava ilə bağlı sürücülərə və sərnişinlərə xəbərdarlıq

Əlverişsiz hava ilə bağlı sürücülərə və sərnişinlərə xəbərdarlıq


Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər”.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib: “Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

AvtoReyd.Az

Related Post

Sabaha olan hava proqnozuSabaha olan hava proqnozu

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AvtoReyd.Az-a verilən xəbərə görə, mülayim şimal-qərb