Rusiyanı Gürcüstan və Azərbaycanla birləşdirən Gürcü Hərbi Yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudlaşdırılıb.
AvtoReyd.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya-Alaniya Respublikası baş idarəsi rəsmi saytında məlumat yayıb.
“7 fevral 2020-ci il tarixində səhər 08:30-dan etibarən Rusiya Federasiyasından çıxış istiqamətində Vladiqafqaz şəhəri – Lars qəsəbəsi hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, – deyə açıqlamada bildirilib.
Qeyd olunur ki, bu qərar Gürcüstanda hava şəraitinin pisləşməsi ilə yanaşı, Gürcüstan sərhəd polisinin tövsiyyəsi əsasında alınıb.
Ötən gün isə sözügedən yolda yük maşınlarının hərəkəti məhdudlaşdırılmışdı.