Avtoreyd.Az Dörd çarx Bakıda daha bir marşrut xətti “Bakıkart”a keçdi

Bakıda daha bir marşrut xətti “Bakıkart”a keçdi


Fevralın 14-dən etibarən 26 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

“Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir”,deyə məlumatda qeyd edilib.

AvtoReyd.Az

Related Post

Nobel prospekti Nargilə dairəsində yol hərəkətinin təşkilində dəyişiklik edilirNobel prospekti Nargilə dairəsində yol hərəkətinin təşkilində dəyişiklik edilir

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hal-hazırda qeyd edilən ərazidə alternativlərin