Avtoreyd.Az Gündəm DYP tanınmış vəkilə görə cərimələndi

DYP tanınmış vəkilə görə cərimələndi


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəkil Bəhruz Bayramova görə 1000 manat cərimə edilib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə B. Bayramov özünün sosial şəbəkədəki səhifəsində yazıb.

O, bildirib ki, BDYPİ-yə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, rəsmi təkzib, üzr istəmək, maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə cıxarıb:

“Bu gün Apellyasiya Məhkəməsində həmin qətnamədən verdiyim şikayətə baxıldı. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv olundu və iddia tələbi qismən təmin olundu. Belə ki, iddiamın maddi-mənəvi ziyan hissəsi təmin olunaraq, həmin idarənin mənə 1000 manat ödənilməsi qət olundu”.

Xatırladaq ki, BDYPİ iki il əvvəl vəkilin sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanması haqda məlumatları, sərxoşluq müayinəsindən keçirilməsi barədə görüntüləri saytlarda, telekanallarda yaymışdı. Həmin məlumat və görüntülərlə ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərbə vurulduğunu deyən vəkil buna görə idarədən üzr, xəbərin tirajlandığı telekanallarda təkzib verilməsini, 300 min manat da təzminat tələb edirdi.

AvtoReyd.Az

Related Post

BÖYÜK BRİTANİYADA SÜKAN ARXASINDA MOBİL TELEFONDAN İSTİFADƏ EDƏNLƏRİN CƏZASI SƏRTLƏŞDİRİLMİŞDİRBÖYÜK BRİTANİYADA SÜKAN ARXASINDA MOBİL TELEFONDAN İSTİFADƏ EDƏNLƏRİN CƏZASI SƏRTLƏŞDİRİLMİŞDİR

AvtoReyd.Az AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 28-dən Britaniyada sükan arxasında mobil telefondan istifadə edən sürücülərin cəzası daha da sərtləşdirilmişdir. Cərimənin minimum məbləği iki dəfə artırılaraq, 30 funtdan 60 funta çatdırılmışdır. Mobil