Avtoreyd.Az Dörd çarx Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, 111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya “İsuzu Novociti” markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini “İsuzu Novociti” markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən veriləcək.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

AvtoReyd.Az

Related Post

Tala çayı üzərində yerləşən körpüdə aparılan işlər yekunlaşmaq üzərdir – FOTOTala çayı üzərində yerləşən körpüdə aparılan işlər yekunlaşmaq üzərdir – FOTO

Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır.   Körpünün təmiri “Azəravtoyol” ASC tərəfindən dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri

Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AvtoReyd.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin