Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti 18 fevral səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.