Avtoreyd.Az Dörd çarx Bakı Nəqliyyat Agentliyindən açıqlama

Bakı Nəqliyyat Agentliyindən açıqlama


Bakının Yasamal rayonunda, Müzəffər Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məhdudiyyət həmin küçədən keçən 7B, 14, 18, 102, 114A, 114B, 159, 165, 193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir.

“Hazırda avtobuslar “20 Yanvar” dairəsi istiqamətində hərəkəti Zərdabi küçəsindən geriyə dönməklə təşkil edilib. Buda iritutumlu avtobusların hərəkətinə maneə yaradır. Avtobuslar hazirda gecikmə ilə hərəkət edirik ki, buda sərnisinlərin uzun muddət dayanacaqda qalaraq vaxt itirməsinə səbəb olur. Eyni zamanda dayanacaq məntəqəsində insanların çox toplanması onların yolun hərəkət hissəsinə çıxmasına rəvac verir. Nəticədə hərəkət təhlükəsizliyi səviyyəsi aşağı düşür. Hazırda qeyd edilən ərazidə müşahidə edilən tıxaca və ictimai nəqliyytın hərəkətində yaranmış gecikmələrə görə Bakı Nəqliyyat Agentliyi heç bir məsuliyyət daşımır.

Ölkə prezidentinin fərmanı əsasında Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verilməlidir”, – deyə açıqlamada qeyd olunub.

AvtoReyd.Az

Related Post

Bərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTOBərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikinti işlərinə start verilib Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, uzunluğu 17,5