Avtoreyd.Az Dörd çarx Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.

AvtoReyd.Az

Related Post

Bakıda bəzi işıqforların işləməməsi sürücülərə problemlər yaradıb – VİDEOBakıda bəzi işıqforların işləməməsi sürücülərə problemlər yaradıb – VİDEO

Bakıda daha bir ərazidə gecə işıqforların işləməməsi sürücülərə problemlər yaradıb. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, şəhərin əsas küçələrindən biri olan Fətəli xan Xosyski və Həsənoğlu küçələrinin kəsişməsində quraşdırılmış işıqforlar işləməyib. Bu da hərəkətin

31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC AvtoReyd.Az-a verilən məlumata görə Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolunda yenidən qurma işləri aparılır. Ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki