Avtoreyd.Az Gündəm,Nəqliyyat Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur- RƏSMİ

Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur- RƏSMİ


“Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq”.

Bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilər: “Lakin hərəkətinə icazə verilən şəxs yanında icazəsi olmayan şəxsi apara bilməz. Yəni onun ailə üzvü olsun, dostu olsun, bu, mümkün deyil. Mütləq həmin şəxslərin də icazəsi olmalıdır. İcazəsi olmayan şəxs evdən çıxdığı üçün cərimələnəcək”.

AvtoReyd.Az

Related Post

Azərbaycanda istirahət günləri üçün müşahidə olunacaq hava proqnozu açıqlanıbAzərbaycanda istirahət günləri üçün müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək,

“Dayanma, durma qaydalarının pozulması yollarda sıxlıq, tıxac yaradır”“Dayanma, durma qaydalarının pozulması yollarda sıxlıq, tıxac yaradır”

“Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir”. “Report”un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi