Avtoreyd.Az Nəqliyyat Bakının küçə və yollarında 60 min kv.m sahədə təmir işləri aparılıb

Bakının küçə və yollarında 60 min kv.m sahədə təmir işləri aparılıb


Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb.

Qurumdan AvtoReyd.Az – a verilən məlumata görə, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmiş Yasamal rayonu, Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələri, Bakı Dairəvi-1 avtomobil yolunun əsas və köməkçi hissələrində, Ziya Bünyadov və Qara Qarayev prospektləri, həmçinin Binəqədi-Novxanı və Masazır –Novxanı avtomobil yollarında görülüb.

Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 60 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib.

Anoloji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.

AvtoReyd.Az

Related Post

Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir hissəsinin tikintisinə başlanılıbMuğanlı-İsmayıllı-Qəbələ yolunun bir hissəsinin tikintisinə başlanılıb

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması