Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.
“Nissan” markalı avtomobilin azyaşlı sərnişini – 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib, sərnişinlərin diqərləri ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Faktla bağlı araşdırma aparılır.