Avtoreyd.Az Hadisə Kürdəmirdəki yol qəzası 5 nəfərin həyatına son qoydu

Kürdəmirdəki yol qəzası 5 nəfərin həyatına son qoydu


Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

“Nissan” markalı avtomobilin azyaşlı sərnişini – 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib, sərnişinlərin diqərləri ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Horadiz-Bakı avtomobil yolunda partlamış ″Qrad″ raketinin qalıqları tapılıb(Foto)Horadiz-Bakı avtomobil yolunda partlamış ″Qrad″ raketinin qalıqları tapılıb(Foto)

Füzuli rayonunun Araz Yağlıvənd kəndində “Qrad″ raketinin (9M22U) qalıqları aşkar olunub. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Horadiz-Bakı avtomobil yolunun Araz Yağlıvənd kəndindən keçən hissəsində qazıntı