Avtoreyd.Az Nəqliyyat BNA: Sərt karantin günlərində sərnişindaşımayla bağlı məlumat yaydı

BNA: Sərt karantin günlərində sərnişindaşımayla bağlı məlumat yaydı


Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub. Bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişin daşımaları icra edilib.

Bu barədə AvtoReyd.Az – a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb.

“8-iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1 900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20% çoxdur. Sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalaırna anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik”, – deyə məlumatda qeyd edilib.

AvtoReyd.Az

Related Post

Taksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyibTaksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına