Avtoreyd.Az Nəqliyyat Taksi və avtobuslarda maska taxmayan şəxslər cərimələndi

Taksi və avtobuslarda maska taxmayan şəxslər cərimələndi


DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsi daha bir açıqlama yayıb.

İdarənin Mətbuat xidmətindən “Report”a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 443 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 135 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1 583 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

AvtoReyd.Az

Related Post