Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala rayonunda yaranan içməli su qıtlığı ilə bağlı görülən tədbirlərə dəstək olub.
Belə ki, agentliyin xüsusi texnikaları vasitəsi ilə əhaliyə su qıtlığı yaranan ilk günlərdən içməli su daşınması təmin edilir, bu barədə qurumun mətbuat xidmətindən AvtoReyd.Az – a məlumat verilib.
Zərurət yaranacağı təqdirdə agentlik içməli su daşınması üçün əlavə texnikaların cəlb edilməsini təmin edəcək.