Avtoreyd.Az Nəqliyyat BNA dispetçer vəzifəsinə qəbulla bağlı imtahat keçirib

BNA dispetçer vəzifəsinə qəbulla bağlı imtahat keçirib


Ədalətlilik, obyektivlik və şəffaflığın təmin olunması, müvafiq qanunvericiliyin tələblərinə riayət olunması Bakı Nəqliyyat Agentliyinin insan resurslarının idarə olunmasında əsas prinsiplərdəndir. Məqsəd mövcud vakansiya üzrə müraciət edən vətəndaşa potensialını, bilik və bacarığını nümayiş etdirməsi şəraiti yaratmaq, layiqli namizədin işə qəbuludur.

 

Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinə Dispetçer vəzifəsi üzrə işə qəbul prosesi də bu məqsədə uyğun formada keçirilir, bu barədə AvtoReyd.Az – a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd olunan vakansiya ilə bağlı elektron formada müraciət edən 300-dən çox namizəd sırasından qoyulan tələblərə cavab verən 80 nəfər seçilərək test imtahanına cəlb edilib. 13, 14, 17 və 18 avqust tarixlərində keçirilən imtahanlar pandemiya şərtləri nəzərə alınmaqla təşkil olunur.

İmtahanda namizədlərə ixtisas, qanunvericilik, dünyagörüşü və məntiqi təfəkkürlə bağlı ümumilikdə 40 sual təqdim olunur. Növbəti mərhələyə keçmək üçün namizədlər  sualların 50%-ni düzgün cavablandırmalıdır. Hər sual 1 balla qiymətləndirilir. Növbəti mərhələdə isə uğur qazanan namizədlərlə müsahibə olacaq.

Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti marşrut xətləri üzrə avtobusların bir mərkəzdən idarə olunmasına imkan yaradacaq. Bu isə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti real vaxt rejimində avtobusların hərəkət sxeminə, qrafikə riayət olunmasına, sürücülərin davranışlarına daha çevik və şəffaf nəzarət etməyə imkan yaradır.

AvtoReyd.Az

Related Post

Paytaxtın böyük prospektlərindən birində oğurlanmış yağış barmaqlıqları bərpa olunubPaytaxtın böyük prospektlərindən birində oğurlanmış yağış barmaqlıqları bərpa olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı