Avtoreyd.Az Nəqliyyat Belarus və Rusiya nəqliyyat əlaqələrini mərhələli şəkildə bərpa edəcək

Belarus və Rusiya nəqliyyat əlaqələrini mərhələli şəkildə bərpa edəcək


Belarus və Rusiya nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpa etmək üçün fəaliyyət planı hazırlamaq barədə razılığa gəliblər.

AvtoReyd.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, 31 avqustda Moskvada Belarus və Rusiyanın sanitariya-epidemioloji xidmətinin nümayəndələri arasında Belarus Nəqliyyat Nazirliyinin aviasiya departamenti direktorunun iştirakı ilə danışıqlar aparılıb.

“Müzakirələr zamanı ölkələr arasında hava əlaqəsinin bərpası ehtimalı ilə bağlı növbəti addımlar işlənib hazırlanıb. Beləliklə, iki ölkənin nümayəndələri arasında nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpası, həmçinin “Rospotrebnadzor” və Belarus Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Xidməti ilə yanaşmaların koordinasiyası üzrə fəaliyyət planının hazırlanmasına dair protokol imzalanıb”, – məlumatda deyilir.

AvtoReyd.Az

 

Related Post

Sürücülərin nəzərinə: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaqSürücülərin nəzərinə: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AvtoReyd.Az – a verilən məlumata görə, 14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən