Avtoreyd.Az Gündəm BNA deputatı böyük məbləğdə cərimələyib

BNA deputatı böyük məbləğdə cərimələyib


“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.

AvtoReyd.Az “Report”a istinadən  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O, Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasının tərəfdarıyam. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçırlar? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa, bunu plakata yazıb həmin əraziyə vursunlar. Vətəndaş da bilsin ki, burada 5, 10 dəqiqə durmaq olmaz.

Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”. 

AvtoReyd.Az

 

Related Post

Hava pisləşəcək, leysan yağacaq, dolu düşəcək, külək bəzi yerlərdə güclənəcək – XƏBƏRDARLIQHava pisləşəcək, leysan yağacaq, dolu düşəcək, külək bəzi yerlərdə güclənəcək – XƏBƏRDARLIQ

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər