Avtoreyd.Az Nəqliyyat Paytaxtda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı

Paytaxtda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı


Prezident İlham Əliyev “Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ayrılıb.

AvtoReyd.Az

Related Post

Paytaxtın daha bir yolunda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilibPaytaxtın daha bir yolunda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi

BNA daha bir yol kəsişməsində svetofor obyekti quraşdırıbBNA daha bir yol kəsişməsində svetofor obyekti quraşdırıb

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb.  Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində