Avtoreyd.Az Dağlıq Qarabağ münaqişəsi Rus jurnalist erməni ordusunun böyük itkilərinin olduğunu sübut edən foto paylaşdı, sonra sildi

Rus jurnalist erməni ordusunun böyük itkilərinin olduğunu sübut edən foto paylaşdı, sonra sildi


Rus müxbir Aleksandr Kots Qarabağda gedən döyüşlərdən məlumatları qərəzli şəkildə təqdim etməklə tanınır. 

AvtoReyd.Az xəbər verir ki, Ermənistanı açıq müdafiə edən jurnalist bu dəfə özünü biabır edib. 

Belə ki, jurnalist yüzlərlə qanlı xərək şəkli paylaşıb. Görüntülərdən aydın olur ki, bu materialda olan xərəklər döyüş bölgəsində istifadə olunur.  

Ermənistan silahlı qüvvələrinin cəbhədə böyük itkilər verdiyini bu xərəklərə baxaraq aydın şəkildə anlamaq olur. 

Qana bulaşmış xərəklərin cırılmasına baxmayaraq tikilərək yenidən istifadəyə verilməsi isə vəziyyətin daha ciddi olduğunu göstərir. Real vəziyyəti bilmədən təqdim edən Kots daha sonra sözügedən kadrı tələsik silib. 

Görünür, xidmət etdiyi Ermənistan hakimiyyətinin senzurasına tuş gəlib. 

AvtoReyd.Az 

Related Post

Ermənistanın məhv edilmiş ordu ağrıları, azərbaycanlıların Xankəndiyə qayıtması…Ermənistanın məhv edilmiş ordu ağrıları, azərbaycanlıların Xankəndiyə qayıtması…

Ermənistan mətbuatında ordunun bərpası və gücləndirilməsi məsələsinin qaldırıldığı bir sıra məsələlərə yer verilib. “Caliber” layihəsinin “Youtube” hesabında sözügedən məsələyə və azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına həsr olunmuş video yerləşdirilib. Daha ətraflı