Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini ağır silahlardan atəşə tutmağa davam edir.
AvtoReyd.Az Baku TV-yə istinadən xəbər verir ki, düşmən Tərtər rayonunun kəndləri ilə yanaşı şəhər mərkəzini də ağır artilleriyadan atəşə tutub.
İşğalçı ordunun zərbələri zamanı Tərtərdə çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb.