Avtoreyd.Az Gündəm,Nəqliyyat Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır


Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxmuş, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son həftələrdə bir çox ölkələrdə, ö cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma halları qeydə alındığından karantin qaydaları yenidən sərtləşdirilir.

Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək yoluxma faktları aşkar olunub.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

Eyni zamanda Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılır:

-24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək

-31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək

“Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq”, – Operativ Qərargahdan bildirilib.

AvtoReyd.Az

Related Post

Sabah yağış yağa bilərSabah yağış yağa bilər

Sentyabr ayının ilk günündə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrılıbMaştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb.   AvtoReyd.Az-ın məlumatına görə,  Qurban Qurbanovun komandası səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb.   Matç “Kopenhagen”-in 2:1 hesablı