Avtoreyd.Az Nəqliyyat Bakıda səfirlik avtomobilindən özbaşınalıq

Bakıda səfirlik avtomobilindən özbaşınalıq


Bakıda Bolqarıstan səfirliyinə məxsus avtomobil dəfələrlə qayda pozuntusuna yol verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, qısa müddət ərzində bir neçə dəfə təhlükəli manevr edərək, yol-hərəkəti qaydalarını pozan 031 D 001 seriyalı qırmızı dövlət nömrə nişanlı diplomatik korpusa məxsus avtomobil təhlükəli vəziyyətlərə səbəb olub.

Görüntülərdən də aydın olduğu kimi, avtomobil işıqforun qadağanedici qırmızı işığında hərəkət edir, daha sonra isə hərəkətin qadağan olunduğu yola əks istiqamətlə daxil olur.

Qanunsuz hərəkətlərini bununla da bitirməyən sürücü avtomobili elə yolun əks istiqamətində də saxlayaraq düşüb gedir.

Hadisə şahidləri bildirir ki, sürücü manevr edən zaman xüsusi səs siqnalını da qoşub.

Görünən odur ki, bir neçə dəqiqə ərzində dəfələrlə yol-hərəkəti qaydalarını pozan avtomobili idarə edən şəxsin daimi sürücülük tərzi belədir.

AvtoReyd.Az

Related Post

Taksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyibTaksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına