Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 ədəd nəqliyyat və xüsusi texnikanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AZ-Tex-Import” MMC-dir.

Qalib şirkətə 989 min manat ödəniləcək.

“AZ-Tex-Import”ın bu günə 12 304 manat vergi borcu var.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.