Avtoreyd.Az Nəqliyyat Şuşamıza aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib

Şuşamıza aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib


Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.

Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir, bu barədə AvtoReyd.Az – a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.

Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.

AvtoReyd.Az

 

Related Post

Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir-Rəsmi xəərdarlıqŞəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir-Rəsmi xəərdarlıq

Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. AvtoReyd.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə

Prezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsi ilə bağlı sərəncam imzalayıbPrezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncamda deyilir: Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan