Avtoreyd.Az Nəqliyyat Hərəkət qismən məhdudlaşdırılır

Hərəkət qismən məhdudlaşdırılır


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

AvtoReyd.Az

Related Post

Yarışla bağlı nəqliyyatın hərəkəti bu gecədən qismən məhdudlaşdırılacaqYarışla bağlı nəqliyyatın hərəkəti bu gecədən qismən məhdudlaşdırılacaq

Paytaxt Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir. AvtoReyd.Az xəbər verir ki, 4 iyun tarixinə keçən gecədən Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə