Avtoreyd.Az Gündəm Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir

Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir


Azərbaycanda avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir.

Bununla bağlı Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, avtoxuliqanlıq hallarının törədiləməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hazırda isə cəzalar daha artıqdır. Belə ki, məcəllənin hazırki eyni bəndinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 

AvtoReyd.Az

Related Post

Kamran Əliyev: “Sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı xüsusi göstəriş yoxdur”Kamran Əliyev: “Sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı xüsusi göstəriş yoxdur”

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərin nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətləri etməsinə görə cərimələnəcəyi ilə bağlı sosial şəbəkələrdə