Avtoreyd.Az Gündəm Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində bir dəfə protokol tərtib olunacaq

Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində bir dəfə protokol tərtib olunacaq


Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.

AvtoReyd.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına  görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.

AvtoReyd.Az

Related Post

Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir – VİDEOREPORTAJ / FOTOŞəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a veriləm məlumata görə,Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. Layihə çərçivəsində avtomobil yolunun 2.1

Bakıda yol polisi xanım sürücüdən rüşvət aldı: “Get, 100 manat gətir” – (FOTO)Bakıda yol polisi xanım sürücüdən rüşvət aldı: “Get, 100 manat gətir” – (FOTO)

Keçmiş millət vəkili Xeyrəddin Qoca öz Facebook hesabında qızına qarşı edilmiş haqsızlıq haqqında yazıb. Onun sözlərinə görə, qızının hüquqları polis əməkdaşları tərəfindən pozulub. AvtoReyd.Az BAKU.WS-ə istinadən X.Qocanın statusunu təqdim edir: «Qızım