Avtoreyd.Az Gündəm Qaydalarının pozulmasına dair məhkəmə qərarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir

Qaydalarının pozulmasına dair məhkəmə qərarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir


Məhkəmələrin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar barədə qərarlarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir.

AvtoReyd.Az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün deyil, daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirəcək.

AvtoReyd.Az

Related Post

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…

Ötən gün Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodunun verilməsi ilə bağlı məlumatlar yayıldı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, artıq Bakı şəhərində

Bakıda sürücünün avtobusda vəhşicəsində döyülməsinin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)Bakıda sürücünün avtobusda vəhşicəsində döyülməsinin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)

Bakıda avtobus sürücüsü vəhşicəsinə döyülməsinin yeni görüntüləri yayılıb.  BAKU.WS-in məlumatına görə, yeni görüntülərdə gənc oğlanın aqressiv davranmasının səbəbi görünür. Belə ki, qadın sərnişinlərdən biri avtobusa arxa qapıdan daxil olur və