Avtoreyd.Az Hadisə Radar sistemini quran polkovnik təqaüdə göndərildi

Radar sistemini quran polkovnik təqaüdə göndərildi


Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.

V.Nuriyev “MMX-nın rəisi” kimi tanınıb.

Bu yaxınlarda onun 55 yaşı tamam olub. V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.

AvtoReyd.Az

Related Post

Bakıda yola “protiv” girən avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır (FOTO)Bakıda yola “protiv” girən avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır (FOTO)

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub. BAKU.WS-in məlumatına görə, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu