2020-ci il ərzində dünyada elektrik avtomobillərinin satışları 2019-cu ilə nisbətən 39 % artaraq 3,1 mln ədədə çatıb.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Canalys” beynəlxalq araşdırma şirkətinin hesabatında deyilir.
Məlumata görə, 2021-ci ildə isə elektromobil satışları 66 % artaraq 5 mln ədədə çatacağı gözlənilir.
“Canalys”in analitiklərin proqnozlaşdırır ki, 2021-ci ildə dünya üzrə elektromobillərin satışı 66 % artaraq 5 mln ədədə çatacaq.
Qeyd edilir ki, ötən il ərzində 1,3 mln elektromobil Avropa və Çin bazarlarında satılıb.
Ötən il satılan minik avtomobillərinin ümumi həcmində elektromobillərin payı 5 % təşkil edib. Cari ildə bu rəqəm 7 %-ə qədər artacaq. 2030-cu ildə isə elektromobillərin ümumi satışdakı payı təxminən 50 % -ə qədər artacaq.