Avtoreyd.Az Avtoxəbər Ötən il dünyada elektromobil satışları 40 %-dək artıb

Ötən il dünyada elektromobil satışları 40 %-dək artıb


2020-ci il ərzində dünyada elektrik avtomobillərinin satışları 2019-cu ilə nisbətən 39 % artaraq 3,1 mln ədədə çatıb.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Canalys” beynəlxalq araşdırma şirkətinin hesabatında deyilir.

Məlumata görə, 2021-ci ildə isə elektromobil satışları 66 % artaraq 5 mln ədədə çatacağı gözlənilir.

“Canalys”in analitiklərin proqnozlaşdırır ki, 2021-ci ildə dünya üzrə elektromobillərin satışı 66 % artaraq mln ədədə çatacaq.

Qeyd edilir ki, ötən il ərzində 1,3 mln elektromobil Avropa və Çin bazarlarında satılıb.

Ötən il satılan minik avtomobillərinin ümumi həcmində elektromobillərin payı 5 % təşkil edib. Cari ildə bu rəqəm 7 %-ə qədər artacaq. 2030-cu ildə isə elektromobillərin ümumi satışdakı payı təxminən 50 % -ə qədər artacaq.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaqSürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaq

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, üfüqi