“Tesla” şirkəti elektromobil avtomobillər istehsal etmək üçün Hindistanda ilk fabrikini tikməyi planlaşdırır.
AvtoReyd.Az xəbər verir ki, bu barədə məlumatı “The Hindustan Times” agentliyi yayıb.
Məlumata görə, “Tesla” şirkəti Hindistanda çoxdan gözlənilən zavodu tikməyə hazırdır. Şirkətin ölkədəki ilk müəssisəsi 2021-ci ildə Cənubi Karnataka əyalətində fəaliyyətə başlaya bilər.
“Tesla” törəmə şirkəti “Tesla India Motor” and “Energy Private Limited”i yanvarın 8-də Karnatakanın paytaxtı Banqalordan qeydiyyatdan keçirib.