Avtoreyd.Az Nəqliyyat Kür çayı üzərində inşa edilən yeni avtomobil körpüsü

Kür çayı üzərində inşa edilən yeni avtomobil körpüsü


Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində inşa edilən yeni avtomobil körpüsü.

Körpü 4 aşırımlı olmaqla uzunluğu 175.4 metrdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.

Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir.  

Digər 4 körpünün uzunluğu isə belədir:

  • Mil-Qarabağ və Aşağı Şirvan kollektoru üzərində 67 metr;
  • Yuxarı Şirvan kollektoru üzərində 37 metr;
  • Gizliçay üzərində 27 metr.

Layihə çərçivəsində 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı da inşa edilib. 

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

AvtoReyd.Az

Related Post

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanıldıXudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri çərçivəsində Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su

31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir

Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir. 31 min