Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qara Qarayev metrosunun yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü İslamov Əli Zəki oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.