Avtoreyd.Az Gündəm Qazax sakini deyir ki, Tovuz “Mero”sunda sürücülük vəsiqəsi pulla satılır

Qazax sakini deyir ki, Tovuz “Mero”sunda sürücülük vəsiqəsi pulla satılır


Qazax sakini deyir ki, Tovuz “Mero”sunda sürücülük vəsiqəsi pulla satılır – VİDEO

Tovuz rayonunda 10 saylı rayonlar arası qeydiyyat-imtahan şöbəsində sürücülük vəsiqəsini 950 manata satırlar, bu barədə AvtoReyd.Az-a göndərdiyi şikayət məktubunda Qazax rayon sakini Xasməmmədov Amid Fazil oğlu bildirir.

Amid Xasməmmədov sözlərinə görə, 2021-ci ilin fevral ayında sürücülük vəsiqəsi almaq üçün Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində imtahandan kəsilib. “İdarənin əməkdaşlarından biri məni bayıra çıxmağı məsləhət gördü və dedi ki, kefini pozma sənə yaxınlaşan olacaq onunla danışarsan. Bayıra çıxdıqda mənə bir nəfər yaxınlaşdı. Ünsiyyət zamanı bildim ki, adı Elmandır. Maklerlik edir. Elman mənə dedi ki, sürücülük vəsiqəsi 1100 manatdır amma, sənə hörmət edib 950 manata təşkil edərəm. Bir neçə günə sürücülük vəsiqən hazır olacaq gəlib götürərsən, bildirdim ki, 900 manata qücüm çatır bəlkə 50 manat keçəsən dedi YOX! Nəticədə bir necə saatdan sonra məndən aldığı 900 manatı qaytardı ki, 50 manatı da ver indi düzəldim , 21-gündən sonra gəlsən 900 manata düzəldərəm”.

Amid Xasməmmədov bildirir ki, 900 manatı verməsinə baxmayaraq sürücülük vəsiqəsinin dövlət rüsumunu əlavə olaraq banka özü ödəyib. “Elman məndən 900 manatı almadıqdan əvvəl sürücülük vəsiqəsi üçün nəzərdə tutulan dövlət rüsumlarını da əlavə olaraq banka ödəmişdim. Sürücülük vəsiqəsini ala bilməməyimə baxmayaraq bu kimi alverçixanaya son qoymağa qərara gəldim. Burdan üzümü aidiyatı qurumlara və Dövlət başçısına tutaraq bu kimi halların qarşısını alınmağını xahiş edirəm”.

Biz isə öz növbəmizdə idarənin daxilində “DİRNAQARASI” fəaliyyət göstərən Elman adlı şəxsin işlərindən xəbər  əldə etmək üçün sadəcə google-da axtarış verdik. Nəticədə  Amid Xasməmmədovun maklerlik edən adamdan birinci şikayətçi olmadığına və Tovuz “Mero”su haqqında yazının ilk olmadığına əmin olduq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq, təki “Mero”lar “ELMAN” lardan təmizlənsin.

AvtoReyd.Az  Amid Xasməmmədovun müraciətini sizə təqdim edir:

AvtoReyd.Az

Related Post