Avtoreyd.Az Avtoxəbər “Toyota” yeni elektrikli avtomobilini təqdim edəcək

“Toyota” yeni elektrikli avtomobilini təqdim edəcək


Yaponiyanın “Toyota” şirkəti martın 15-də “X Prologue” adlı yeni konseptual avtomobilini təqdim edəcək.

AvtoReyd.Az xəbər verir ki, bu barədə avtomobil markasının mətbuat xidməti bildirib.

Avtomobil haqqında bütün informasiyalar hələlik gizli saxlanılır. Bununla belə, “Toyota” yeni elektrik avtomobilin məhdud görüntüsünü yayıb. Yeni model bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Bundan başqa, modeldə radiatorun barmaqlığı yoxdur.

“Carscoops” nəşrinin məlumatına görə, söhbət yeni elektrik krossverdən gedir. Onun əsasında, “Subaru” ilə birgə hazırlanmış “e-TNGA” platforması dayanır. Avtomobil “Volkswagen ID.4”, “Nissan Ariya” və başqa belə maşın modelləri ilə rəqabət aparacaq.

AvtoReyd.Az

Related Post

Azərbaycanda avtomobil akkumulyatorları istehsal ediləcək – VİDEOAzərbaycanda avtomobil akkumulyatorları istehsal ediləcək – VİDEO

Azərbaycanda avtomobil akkumulyatorlarının istehsalı təşkil olunacaq. Xezerxeber.az məlumat verir ki, yaxın zamanlarda Əhmədli qəsəbəsində yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda istehsalat qurğularının tikintisi üzrə işlər başlayacaq. Hazırda akkumulyatorların və litium-ion batareyalarının birgə istehsalının