Avtoreyd.Az Ölkə Bakıda dumanlı havanın səbəbi açıqlandı

Bakıda dumanlı havanın səbəbi açıqlandı


“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir”.

Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub: “Belə hava şəraiti bu gün gündüz və martın 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək”.

AvtoReyd.Az

Related Post

Sabahın hava proqnozuSabahın hava proqnozu

Mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın