Avtoreyd.Az Nəqliyyat Bakıda həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub

Bakıda həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub


Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.

AvtoReyd.Az-in məlumatına görə, bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Trend-ə deyib.

V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.

O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, “20 Yanvar” dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:

“Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram”.

AvtoReyd.Az

Related Post

BNA-dan əhaliyə müraciətBNA-dan əhaliyə müraciət

“İctimai nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilməsində məqsəd “Formula-1” oyunları davam etdiyi müddətdə şəhər əhalisinin ictimai nəqliyyata əlçatanlığını təmin etməkdir”. AvtoReyd.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin