AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.

E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupu “Report”a faktı təsdiqləyib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.